Showing posts with label mevlana. Show all posts
Showing posts with label mevlana. Show all posts
Mövlanədən hekayə-Yol qırağında tikan əkən adam

Mövlanədən hekayə-Yol qırağında tikan əkən adam



Yol kənarına tikan əkən adam
Bir adam yol kənarına tikanlar əkdi. Tikanlar böyüyüb yoldan keçənləri narahat etməyə başladı. Gəlib keçənlər:
Bu tikanları çıxart, insanları narahat etməsinlər" deməyə başladılar. Adam bunları eşidir, fəqət vecinə almırdı. Bir gün Allahın bir qolu ona:
-Mütləq bu tikanları çıxart" dedi.
Adam etiraz etmədi.
-Təbii, bir gün mütləq çıxardaram" dedi. Adam bu gün sabah deyə-deyə, tikanlar böyüyüb, qüvvətləndilər.
Qol, adama
-Ey vədinə əməl etməyən adam, çıxart bu tikanları, bu işi sürümdürməyə buraxma, dedi.
Adam:
-Atam, xeyli günümüz var, bu gün olmasa, sabah, bir gün mütləq bu işi görəcəyəm, dedi.
Allahın qolu, cavabında belə dedi.
-Sən hər gün, bu işi gecikdirirsən, fəqət bunu bil ki, hər keçən gün o tikanlar böyüyüb güclənir, tikanları çıxardan sən isə, gücünü itirirsən. Tikanlar getdikcə gəncləşir, sən isə qocalırsan.
*Mərdanəlik, şəhvətləri, ləzzətləri tərk etməkdir.
*Dağ var ki, səsin iki misli əks səda verir, dağ var ki, yüz misli.

Türkcədən çevirdi: Elməddin Rahiboğlu
Ətraflı »