Showing posts with label meqale. Show all posts
Showing posts with label meqale. Show all posts
Saqqalı Cahillər

Saqqalı Cahillər

İllər öncə bu rüzgar, döymüşdü məsumların qapılarını. Lap illər öncə. Bizdən çox uzaqdakı məmləkətlərdə. Ölümü belə, şərəfsizləşdirən şərəfsizlərlə.İslamla, müsəlmançılıqla maskalandırdılar ölümü. Cihad adı verdilər ona.

Allah üçün öldürdüklərini söylədilər. Həm də hər şeyi "Ol" deyib, yaradan Allah üçün. Əcəba, onların "Ol" komandası ilə yaradan Allah, "Yox Ol!" deyə komanda verə bilmirmi? Və yaxud, bu cihadları, ağlında cənnətdəki seksi və xoş güzəranını fikirləşən cavanlar dərk edə bilmirlərmi? Dərk edə bilirlər amma başları o qədər cənnətdəki hurilərə qarışıb ki, digərlərini fikirləşmələrinə vaxt tapmırlar.

Nədir bu çirkinliyin özü? Özülü?

Təsəvvür edin ki, onların məntiqincə desək, bir kafir, 10 min nəfərin olduğu bir tadionun, bir terminalın, bir konsert salonunu içindədir. Otururlar, fikirləşirlər ki, o "kafiri" öldürmək üçün bulunduqları yeri, partlatmalıyıq. Bir səy seçirlər, ona həyatı mənasızlaşdıran,"bir quran" (leksikologomuzda çox söz mənasında işlənir) danışdıqdan sonra, bir simvolik taxta qaşıq maketi (guya Məhəmməd Peyğəmbərlə yemək yeyəcək) bir dənə də açar asırlar boynundan, bağlayırlar ona bombanı, göndərirlər ora. Təsəvvür edin onun düşüncəsini. Bir bombanın ipinə bağlıdır onun cənnət sərgüzəştləri. Pornoqrafik huriləri, Peyğəmbərlə üz-üzə yemək xəyalı. Allahım, necədə saf, pak, ümidverici bir xəyaldır. Mən də olsam, edərəm.
Keçək partlatma mərasiminə.
Qurbanlar gəlib ünvana çatırlar, həmin "kafir"(llər)ə uzaq bir məsafədə, bombanın ipini çəkir. Nəticədə, yüzlərlə onunla eyni fikirdə olan müsəlmanların ayrılıb, parçalanmış əzaları o sözdə kafirə ətdən qoruyucu divar olur. Nəticədə onların hədəfdən başqa hamısı ölür.

Əcaib olanı bilirsiz nədir? Biz bu məxluqlarla, eyni dövrdə, eyni ortamda, eyni iş yerində mütəmadi üz-üzə gəlirik, danışırıq. Deyib gülürük. Onların qıldıqları namaza "Allah qəbubul etsin" deyirik, saxtakarcasına. Dualarına "Amin", özlərinə və üzlərinə qardaş deyirik. Erməniyə "dayı" dəmək məsəli.

İkinci ən acınacaqlısı isə odur ki, orda bədənini bir heç uğrunda parçaladana, burada dərin həsəd və sevgi bəsləyirlər. Hətta qısqananlarını da gördüm, anasını satım....

Amma, islam teror deyil, əsil islam o deyil, onlar müsəlman deyil, terorun dini yoxdur kimi şablom cümlələrlə gözümüzü də bağlaya bilirik.

Səbrimiz bol olsun!
Ətraflı »
"Təpəsi bəlalı LƏLƏ"

"Təpəsi bəlalı LƏLƏ"




Hər şey 2 apreldə Lalə Azərtaşın ATV-dəki Xəbərlərin Xüsusi buraxılışı ilə başladı. Başlıq, nəyə desəniz dəyərdi. Ordumuzun uğurlu əməliyyatı
Lalə xanımda o qədər həyəcan və sevinc hissi var idi ki, Bütün diqqətləri üzərinə çəkmişdi. Dudaqlarının titrəməsi, arada həyəcan səbəbi ilə ona tapşırılan teksti düzgün ifadə edə bilməməsi, qətiyyən tamaşaçılarda əvvəlki, imaalı qınamaları qabartmırdı. Bir hiss yaradırdı insanda özünə qarşı. Dilinə qurban, tez verin də bunu. Və Lələ Təpə tamami ilə Azərbaycanın nəzarəti altına keçmişdi.
Bir vətəndaş olaraq biz də buna qeydsiz qala bilmədik. Ertəsi gün, uğurumuzun canlı şahidi kimi hadisə yerinə üz tutduq. Uzun bir yolçuluqdan sonra vardıq Ağdam rayonuna. Məqsədimiz, Lələ Təpəni görmək, Talış kənddə bir foto çəkmək, kasıb amma tam ürəkdən gələn pay aparmaq igidlərimizə. Məqsədimizə tam nail ola bilməsəkdə, tapdığımızla yetindik. Yol boyu, girdiyimiz iaşə obyektlərin önlərində, Müdafiə Nazirliyimizin Hərbi Sirri Yaymaq barədə Qanun yapışdırılmışdı.
Bir şeyi nəzərdə saxladıq ki, hərbi hissələrə məxsus texnika və şəxsi heyyətlə video və foto kadr edə bilmərik.
Bunları oxuyanda üzüldük təbii ki, cəsurlarımızla bir yadigar foto saxlaya bilmədik. İşin bu hissəsi üzücü olay idi. Digər tərəfdən, bunlara qəhrəman əsgərlərimizin təhlükəsizliyi naminə qatlanmalı idik. Buna bizi məcbur edən yox idi. Özümüz bilirdik ki, biz ora özümüzün reklamı üçün yox, vətən sevgisinə görə üz tutmuşduq.
Özümü çox tərifləməyəcəm. Ağdam Rayonun Baharlı, Çəmənli kəndlərində bir-iki şəkil çəkib, telefonumuzu münasib ciblərimizdə saxalyaraq bacardığımız qədər irəliyə üz tutduq.
Bizimlə yanaşı, şou-biznes nümayəndələri də getmişdilər. Əhsən deyib, vətənpərvərliyinə alqış da edirik. Burada çoxlu adlar var idi. Elton , Manaf, Xatirə, Elnur və digərləri.
Qayıdan baş, öz instagram səhifələrində, bütün postlar, Maddi Texniki Təminat, Texnikaların nömrələrinə kimi, sayına qədər, durduğu mövqelərinə qədər hər şey açıq aydın paylaşılmışdı.
Düzdür, onsuzda ermənilərdən alınan mövgelər idi oralar. Amma hər şeydən öncə, müharibə şəraiti, və hərbi sirrə nəzarət olmalı idi. Bizə edilən kimi, polis və DTX-nin əməkdaşları onları da yoxlamalı, telefonlarına nəzarət edilməli idi. Əminəm ki, bizdə axtardıqları hər şeyi onlarda tapa bilərdilər.
Məqsəd, bizi yüksəldib, onları alçaltmaq deyil. Məsələ, onların özünü reklam etməsidir. Tolik adlanan məxluq, öz səhifəsində bir foto paylaşmışdı. "Talış kənddəyəm"
O fotonu görəndə bir kəlmə rəy verə bildim. Onu da fotonun altında yox. Öz ürəyimdə. Yalançının atabatasına lənət. Tolikin özünə yox ha, Yalançının. Çünki, Talışkənd hələ də işğal altındadır.
Məhşurların bu LƏLƏ TƏPƏ məcarələri Lələmizin Təpəsinə kül tökməyə yetdi.
Bu yazını yazmağımda məqsəd isə, belə incə məsələlərdə, daha diqqətli və həssas olmalarını diqqətə çatdırmaq  idi. Hər şeydən pear güdməyin, Hələ ki, bu belə həssas mövzudursa....

Ətraflı »
Talış və STAN

Talış və STAN




Yuxarıda verdiyim iki sözcük. Daha doğrusu, söz və şəkilçinin (Talış- azərbaycanca, əsli Kaduslardan gəlmiş fars dil qrupuna aid olan xalq-TOLIŞ, stan-türkcədən çevirəndə vəziyyət, şəkilçi kimi artıranda ölkə mənasını verən fars sözüdür) Talışlara yaxından və uzaqdan  heç bir əlaqəsi yoxdur.
Məsələ buradadır ki, yuxarıda hissə-hissə verdiyim o sözün yəni TALIŞISTAN sözünü gündəmə gətirən və özünü mənim xalqımdan olan bir şəxsin fikirləri həmin xalqın yəni bizlərin fikirlərimizlə üst-üstə düşmür. Bu barədə daha geniş açıqlama geyd edəcəyəm. Amma əvvəl xırda da olsa bildiriş verim.
Əlikram Hümbətov Ələkbər oğlu.
Kimdir bu Əlikram?
1992-1993-cü illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirinin müavini vəzifəsində işləyir.
O, 1948-ci ildə Lerik rayonunda anadan olur. Azərbaycan Politexnik İnsitutunu bitirir.
Lənkəranda bir müddət avtonəqliyyat müəssisəsinin direktor müavini işləyir.
Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən biri olur. Bir az insan tərəfdar yığandan sonra özünü siyasətçi zənn edib, Respublika yaratmaq eşqinə düşür. Lap doğru ifadə ilə desək Muxtar Respublika yaratmaq istəyir. Talış-Muğan-Muxtar Respublikası.
Anti-Sovet iğtişaşları zamanı,qarışıqlıqdan istifadə edərək, 10 gün Lənkəran şəhərin başında dayanır.
Salyan inzibati rayonunda bir post-keçid məntəqəsi qoyaraq, Talışların kompakt yaşadığı əraziləri tərk etmək istəyən talışları geri dönməyə məcbur edir, təslim olmayanları isə güllələtdirir. (Əhalinin dilindən eşitdiklərim-red)
1996-cı ildə məhkum edilir,2004-cü ildə əhv edilir. 2005-ci ildə ölkəni tərk edərək Hollandiyaya sığınır. 2013-cü ildə Ermənistana qondarma Talış-Muğan Respublikasının prezidenti kimi səfər edir. Orada bir sıra dövlət rəsmiləri ilə görüş keçirdərək Tlışların kənarlaşdırıldığından, ayrı-seçkilik edildiyindən, güzəranımızın pisliyindən gileylənərək, Sarksiyan üçün bir xeyli ağlayandan sonra ora sığınır, İrəvan Dövlət Universitetinin Farsşünaslıq fakultəsində Talışşünasliq bölməsi yaradaraq ermənilərə Talış dilinin öyrətməyə başlayır. Erməni xalqı da bir az gicdi axı, bu dilin əlifbasını soruşmadan-etmədən (soruşsaydılar, cavab verə bilməzdi yəgin-red) dili öyrənməyə başlayırlar.
Ermənilər Azərbaycana qarşı ən xırda neqativliyi dəyərləndirdikləri üçün, bunu  fürsət bilib, nəyi var maddi yardım göstərirlər. Bu da etməyib tənbəllik, özünə dayaq durmaq üçün, Masallıdan olan və Sankt-Peterburqda yaşayan, amator kamera ilə özünə Youtube sosial şəbəkəsində efir yaradan Zabil Mədoj adı altında fəaliyyət göstərən Zabil Məhərrəmovu maliyyələşdirir. O qədər maliyyələşdirir ki, Zabil "Zabil Tv"-nin efir vaxtı və əhatəsini genişləndirərək "Talışıstan Tv" adi ilə ortalığa çıxardır.
Başlayır, Azərbaycanın arxasınca damğalamağa.
Bu da, cahil, savadsız Azərbaycan türklərini Talışlara qarşı kin qusmağa məcbur edir. Əslində bu ikili, bunu istəyir. Bu proses baş verdikcə, bunların dəyirmanları işləməyə başlayır və biləvasitə, ermənilərə pullarının hədər yerlərə sərf olunmadığının isbatını verir.
Bir az da bu Talışıstan Tv-dən danışım. Efir xəbər və mədəniyyət üzrə fəaliyyət göstərir. Adının belə doğru olmadığını yuxarıda geyd etmişəm. Adının düzgün olmadığı bir televiziyanın içindəkilərin, məntiqi nəticəsini yəginki özünüz bilirsiz. Amma mən yenə də deyim. Aparıcı Zabil Mədoj iddia edir ki, talış dilində danışır. Amma mən bir talış olaraq, dediklərini tam anlamıram. Çünki, ifadə etdiyi sözlərin əksəriyyəti fars (60 %) Azərbaycan (30%) və Talış (9%) və mən.əyini belə anlamadığım (1%) dildə danışır.
Misal: Im rüjnə bərnamə çəmə xaq şairi Əli Nasiri 60 sornə yubleyi haqqədə bəbe.
Tərcümə: Bu günlük program bizim xalq şairimiz Əli Nasirin 60 illik yubleyi haqqında olacaq.
Bildiyiniz kimi burada Yubiley, Bərnamə və Xalq şairi sözü talış dilində deyil. Fars (Bərnamə) və Azərbaycan dilindən istifadə edir.
Bu isə o deməkdir ki, bunun Talış xalqına heç bir dəxli yoxdur.
Bunu izləyən talışlardan duyarlı olmasını arzu edirəm. Azərbaycan Türklərinə isə demək istəyirəm ki, biz bu torpağın övladıyıq. Üç rəngli bayrağımızın al-qırmızısında Pəncəlilərin, Rəhmanların, Bakirlərin, Çinarların, Agillərin və minlərlə başqa şəhidlərin qanı var. Zabillərin zibilinə düşməyin!
Ətraflı »
Əxlaq, namus nə deməkdir?

Əxlaq, namus nə deməkdir?


Namus, bir kişi üçün onun ailəsi, anası, bacısı və ya həyat yoldaşı deyil. Namus sözü ərəb mənşəlidir. Azərbaycan dilində isə, bir toplumun (şəxsin deyil, toplumun) əxlaq qanunlarını ifadə edən doğruluq, dürüstlük mənasındadır. Əslində, islamdan öncəki, yunan dilində də bu sözə rast gəlinir. Tövratda "Tora Namus" ifadəsi istifadə olunub ki, bu da "düzən" mənasını verməkdədir. Ayrıca, talış, urdu, kürd və fars dilində də bu sözün "dürüstlük" mənası daha ciddi göstərilir.
Namus anlayışı bir çox toplumlarda kişinin ailəsini qoruya bilməsi və ər evinə bakirə yola salması kimi bir öhdəlik verməsi qaçınılmazdır. Bizim burada toxunduğumuz mövzu bakirəlik və namusun nə dərəcədə bağlılığını aydınlatmaqdır. Bunun üçün namus kəlməsini bir az daha eşələmək və dibinə enmək lazımdır. Yazıda bir çox mənbələrdən istifadə edəcəyəm. Dini və dünyəvi məsələlərə toxunaraq.
Namusun cəmiyyət üstündə yönümlü təsiri dövrümüzdə ucqar kəndlərdə daha çox özünü biruzə verməkdədir. Şəhərləşdikcə namusun qavramı itmir. Sadəcə ailənin anonimliyi qorunmuş olur. Bu cümlədə demək isdədiyim odur ki, şəhərdə namus obyekti kimi gördüyümüz qızların daha açıq-saçıq geyinə bildiyinin fərqinə varmış oluruq. Kəndlərimizdə isə bu qəbuledilməz olaraq dərk edilir.
Bir qadının dizləri görsənirsə, onu namussuz kimi qələmə verən cəmiyyətin əhatəsindəyik. Əslində, qadının diz nahiyyəsindən yuxarı hissəsi elmdə erogen zona kimi qəbul edilir. Məlum toplum və dinin təsiri isə erotik nahiyənin görsənməsini rədd edir. Bunlar qulağa xoş gələn amillərdir. Gəlin, bunun ictimaiyyətə mənfi təsirləri olan xüsusiyyətlərinə toxunaq.
Namus bir qadını bir kişidən qorxmağına gətirib çıxardır ki, heç bir tolerant olan insan buna razı ola bilməz. Ən azından ona görə ki, yetişkin yaşda olan qızlar namusun fərqindədirlər. Təbii ki, bir qismini çıxırıq ki, hər bir cəmiyyət üçün normal olan amildir.
Yuxarıda qeyd etdiyim amildə, qadının özünə hakim ola bilməməsi kimi bir amil çıxır ortaya ki, bu da qadını ailəsindən kənarda hansısa iş görməsini və hətta ailəsindən uzaqda qalmasını belə, imkansızlaşdırır.
Buna görə də, qadınların işləyə bilmədiyi və ailənin maddi durumunun aşağı olduğu bir cəmiyyətə sürüklənirik. Burada problem tək qadınların işləyə bilməməsi ilə bağlı deyil. Kişilərin işlədiyi iş yerlərində mini ətəkli qadın görməsi də kişinin yoldaşına xəyanətinə yol açır. Bu o demək deyil ki, kişi gördüyü o mini ətəkli qadınla yoldaşını aldadır. Alternativ qadınlarla ailəsinə xəyanət edir.
Hətta bu namus anlayışının o qədər mənfi təsiri var ki, şərq toplumların əksəriyyətində zorlanmış bir bakirə qızı ya öldürərək təmizləyirlər, ya da intihar halına gətirəcək qədər ictimai qınaq tətbiq edirlər. Buna görə də namusuna bilərəkdən və ya bilməyərəkdən qurban gedən qadınların sayı ildə 10 minləri ötməkdədir.
Tibbə də məlumdur ki, bakirəliyin pozulması zamanı çox az qanama ola bilər və ya heç olmaya bilər. Bunu fərqinə varmadan toplumumuzda müəyyən səbəbdən bakirəliyi pozulmuş (bu cinsi əlaqə zamanı pozulmuş qızlıq pərdəsinə aid deyil) qızlarını namussuz kimi qələmə verib, əhatəsində alçaltması prosesləri baş verir ki, bu da bir gənc qızın cəmiyyətdən uzaqlaşmasına səbəb olur.
Deyəsən, namusun anlamını tam anlatmış oldum. İndi gələk yazının əsas məqsədinə.
Yazdığım və sadaladığım bütün vasitələri toplum olaraq qeyd etdim. İndi isə evlənmiş və ailə içi məsələlərə görə ayrılan xanımlara göstərilən "namussuzluq" təpkisindən danışım.
Azərbaycanda evlənib boşanan kişi təkrar bakirə qız axtarışında olur. Qaldı ki, subay bir oğlan evlənib boşanmış qızlar ilə evlənsin. Bunu əsas götürərək irəliləyən cəmiyyətimizdə külli miqdarda evlənib boşanmış və ya dul qalmış qadınların tənhalığına rast gəlirik.
Bağışlayın, mən buna namuslu kişi adı verə bilmərəm. Hər bir mini ətək geyinmiş xanım namussuz deyil, necə ki, bürünmüş bir qızın namuslu olmağına zəmanət verilmir. Hətta büstqastersiz köynək geyinən qız da namussuz deyil. Namus geyim və bakirəliklə bağlı olan bir şey deyil. Namus qadının yoldaşına sədaqətidir. Cinsiyyət orqanını namus olaraq bəlirtən bir toplum isə psixi xəstədir. Mənim köhnədən bir cümləm var idi. O cümlə ilə yazımı yekunlaşdırmaq istəyirəm.
Mən əxlaqsızam! Çünki namusun hansısa tikiş fabrikində istehsal olunmasını qəbul etmirəm.
Ətraflı »
Gününüz Mübarək dostlar!

Gününüz Mübarək dostlar!





Daha bir yarpaq düşdü ömür ağacınadan.

Bu sözü əslində ad günlərində istifadə edirlər. Ad günləri ilə ömürlərini biçimlənirirlər. Əslində hər keçən gün, ğmür ağacınızın bir yarpağıdır. Hər açılan səhər bir yeni səhifədir ömrümüzün. Bu isə daha fərqli bir gündür. Bir il gedir, arxasınca yeni bir il gəlir. Gündəmləri tarixə yaza biləcəyiniz bir il. İlin yenilənməsinin üstünlüyü də burdadır. Heç vaxt düşünmədiyiniz bir an gələr və siz onu dünya əhəmiyyətli bir tarix kimi yaddaşa yazmağı bacararsız.
Pozitiv ayılaq səhərə. İndi sual edəcəksiz ki, necə pozitiv olaq?
Bilirəm, xəbərim var Azərbaycanda olanlardan. Maddi vəziyyətin bizi sıxışdırmasından xəbərim var. Məndə sizin əksəriyyətiniz kimi, son ümidlə nisyəyə yol tapdığım Marketə 80 manat borcla girdim yeni ilə. Məndə əksəriyyətiniz kimi övladıma hər sezon üçün ancaq ala bildiyim sezon paltarını nisyə almışdım və  hələ verə bilməmişəm. Məndə əksəriyyətiniz kimi günortaya axşam bişirdiklərimizi qızdıraraq təkrar yedikdən sonra axşama çörəyi haradan ala biləcəyimi düşünərək yazıram bu yazını.
Buna rəğmən pozitiv olaq. Bunlara inad. Özümüz üçün bir hesabat yazaq. 2015-ci il nə verdi bizə, nə aldı bizdən? və ya kimi verdi bizə? Kimi aldı bizdən? Nə edə bildik? hansı uğurları qazana bildik, fərd olaraq?
Bu siyahınızı özünüzdə düzəldə bilsəniz rahatlayacaqsınız. Daha pozitiv olmağa stimol olar.
Oxuduğunuz kitablardan siyahı düzəldin, oxuyacağınız kitablar üçün də bir siyahı not alın.
Nədən təsirlənə bildiniz, filan-filan. Bu gün devalyasiya haqqında fikirləşməyin. Telefonunuzun da səsini alıb bir köşəyə atın. Yada mənim kimi. Uçuş rejimini qoşub verin uşaqlarınıza qoyun oynasın özü üçün. Lap balacaya verin. Çırpsın divara, atsın yerə, filan...
Bu gün bank sizi yığa bilməsin gecikdirdiyiniz kreditə görə. Heç qonşular, qohumlar da narahat edə bilməsinlər şablon təbriklərlə. Özünüzlə üz-üzə qalın. Özünüz üçün özünüz olun.
Bu il, hansı teatrlara, hansı sərgilərə gedə biləcəyinizi qeyd edin. Çevirin bir mahnı kanalı televizorunuzda musiqi dinləyərək edin bunu.
İşsizliyi düşünməyin. Bu gün düşünməyin. Özünüzü hipnoz edərək bu gün dünyanın ən xoşbəxt adamı kimi qələmə verin bu gün. Sevgilinizə, sevdiyinizə vaxt ayırın. Sarılın ona. Sevdiyini söyləyin. Kişilər yoldaşına bir fincan çay süzsün. Hətta başqa işlər görsün. Əmin olun ki, bu sizi durduğunuz mövqedən qat-qat yüksəklərə yüksəltəcək.
Bir gün mehriban olmağı bacarın. Azərbaycanla demirəm. Praktik olan bir durum da deyil zatən. Heç olmasa ailənizlə həmrəy olun. Əslində ailə və ətrafınızla rəmrəy ola bilsəniz, bütün ölkə də həmrəy olacaq.
Bu həmrəylik mövzusuna özünüzü çox da adaptə etməyin. Çünki, bir varlı ilə bir kasıb əəsla həmrəy ola bilməz. Heç olmasa ailənizlə həmrəy olun. Gününüz Mübarək, Əzizlərim!
Ətraflı »