Showing posts with label hekaye. Show all posts
Showing posts with label hekaye. Show all posts
Cəhənnəmə yolçuluq

Cəhənnəmə yolçuluq


Cəhənnəmə yolçuluq

Heç görmədiyim, qəribə bir mühitə düşmüşdüm.
Ərəbistan səhralarına oxşayırdı. Bəzi yerlərdə çadır kimi nəsə düzəldilmişdi... Ayağıma zəncir zəncirə isə iki mən ağırlığımda daş bağlanılmışdı.  Bir qumdan düzəldilmiş təpəciyin yanına gəldim. Təpəciyin qapısı vardı.  Bir az o yanda bir yarıçılpaq qız paltar yuyurdu. Adam görməyimə sevindim...

Qıza:-"Mənə kömək elə" demək istəyirdim, o məni başa düşmürdü. Əlini qapıya tərəf uzadıb "go " dedi:

Qızın ingilis dilini bildiyini hiss etdim. İngilis dilini bilmədiyim üçün çox peşman idim. "Thank you" deyib, içəri girmək istədim, ayaqlarım getmədi. Huşumu itirib yerə yıxıldım. İçəridə ayılanda gördüm ki, Elçin İlqaroğlu qızın paltar yuduğu suyu başıma tökür. Baxmayaraq paltar yuyulmuş su idi. Təmiz şəffaf suya oxşayırdı.

 Nəsimi Nəbizadə bir küncdə zikr tuturdu. İçəriyə daha iki qapı var idi. Bir yarıaralanmış qapıdan qadın səsi eşidilirdi. Nə danışdıqlarını anlaya bilmirdim. Bir saqqallı qarnı piydən şişmiş kişi Nəsimiyə  ərəbcə nəsə dedi. Nəsimi bizə:

 -Qalxın gedirik... Burdakılar qalxdı. Daş hələdə məndən sallanmış dururdu.  Kişi Nəsimiyə yenə nəsə dedi və dəmir halqaya keçirilmiş açar verdi. Nəsimi ayağımdakı zənciri açdı, məndə ayağa qalxdım. Hara getdiyimizi soruşmaq istəyirdim, Anar böyük qəbahət etmişəm kimi mənə baxdı və şəhadət  barmağını dodaqlarına apararaq sus işarəsi verdi. Əsgərlik sırası kimi düzülmüşdük. Yarı açılmış qapı tam açıldı içəridən Xumara Cəfərli, Günəş Xəzan,Ülviyyə Vəliyeva və tanımadığım amma bu qəbildən olan daha 11 nəfər xanım çıxdı. Xanımlar hammısı eyni stildə geyinmişdilər. Qara şalvar ,ağ don dizdən yuxarı və köynəklərin üstündə ərəb əlifbası ilə nəsə yazılmış yazı, birdə üzü az bir şəkildə ğörünən saqqallı kişi şəkli.

 Xanımlar çıxıb düşdülər qabağa. Bizdə arxalarına  düşdük. Murad Köhnəqala , eyni mənim gəldiyim kimi, daşla aşağıdan qalxırdı. Qızmar günəş başımıza işləyirdi. Fəxri boynunda foto kamera bizim başçımızdan nəsə soruşur ərəb dilində qeyd kitabçasına yazırdı. Fəxriyə yaxınlaşıb salamlaşmaq istədim. Anar yenə qollarımdan çəkdi və mənə yenə tərs tərs baxdı. Bizi eyni bu qum daxması kimi bir yerə apardılar... Həmin saqqallı kişi ərəbcə deyirdi Nəsimi isə tərcümə edirdi... Anladığım qədəri ilə kişilərdən ibarət qrupun rəhbəri Elçin, Onun nizam intizam işləri üzrə müavini Anar, Tərcüməçi Nəsimi, Kadrlar Şöbəsində mütəxəsislər  Xumara və Günəş xanım, Baş koordinator Ülviyyə Sənəd işlərində Murad, Ümumi nəzarətçimiz isə Fəxri oldu...

  Gün yarısını ötmüşdü. Hamımız oturub narar yeməyi gözləyirdik. Nəsimi bir küncdə oturmuşdu. Elçin dizəcən batmış qumluğun üzərində o yana gedir, bu yana gəlirdi.
Saqqallı kişi:

-Başım gicəlləndi otur görüm
 Elçin : Belə şey olar?
 Bilsəydim mollalara qulaq asardım. Yəne bunun bir dönüşü olmaz görəsən. Hirsindən dodaqlarını dişləyir ah off edirdi.
Nəsimi:  Əslində mən bir çıxış yolu bilirəm. Bildiyimiz kimi Allah böyükdür, mərhəmətlidir. O tövbələri hər zaman qəbul eliyəndir.
 Hacı Anar:

-Nədir? Demək itəyirsən indi tövbə etmək mümkündür? Bir qırağda sifəti tərlə çeşmələnə Asif Eminov cəld  ayağa qalxdı və Nəsimiyə :
-Ay Yaşa . Bax buna deyərlər siyasət. Heç Hitlerin başı belə işləməzdi. Gülümsüyürəm. Bunların içində deyəsən ən dözümlüsü mən idim. Çünki, bütün bu çətinlikləri adi dünyada görüb öyrəşmişdim.. Saqqallı kişi ah çəkib sükutluğunu pozdu.

- Mən Azərbaycanda tanınmış bir məscidin axundu idim. Ağlım kəsəndən ibadət  eliyirdim. Adım Səlimdir. Daha doğrusu Hacı Səlim. Nəsimi nəsə demək istədi. Anar  dodağlarını bir birindən ayıraraq kinayəli "NÇ" səsini çıxartdı . Yenidən sükut çökdü. Firuzə  bir az uzağda qızlarla pıçıldaşırdı , yaxına gəldi. Artıq hamının maraqla qulaq asacağı tək  Hacı Səlim idi. Hamıda belə bir sual yaranmışdı ki, niyə görəsən ibadət edən şəxs bizimlə bir yerdədir? Hacı davam elədi.
- Mən dörd dəfə Həcc ziyarətinə getmişdim. Birinci istisna qalan üçündə isə ticarət adıyla. Nəsimi həmişəki zarafatlardan qalmayaraq :

-Aha ,4 qat Həcc çempionu,- dedi və duruxdu...
Hacı:
- Mən bir avtomobil qəzasında dünyanı dəyişdim. Bu dünyaya gözümü açanda bir gozəl qız məni üstündə qəbul şöbəsi (ərəbcə) yazılmış bir otağa apardı.
Nəsimi :
-Məni aparan qızın sifəti ümumiyyətlə görsənmirdi.
Söhbətin axarını qrupdan çıxan qəhqəhə pozdu. Nəsimi eynəyinin altından filosof baxışı alaraq insanları süzdü və
- Nədi, düz deyirəm də, deyə əlavə etdi...
Günəş :
- Nəsimi, imkan verdə. Kişi əsas məsələni danışacağdı...
Hacı Səlim:
- Polislərin dili ilə desək məni istintaq otağına apardılar. İki nəfər başı insan bədəni quş arxası bizə tərəf olan kişinin sualına cavab verirdi. Əlavə etdi. Deyirəm necədə bilirmişləre bu dünyada nə baş vediyini (başını yelləyir)
 Nəsimi:

-Daha
Səlim :
-Ümumiyyətlə nə yazdılar, pozdular bilmədim, axırda,- bunu Vrujena aparın dedi, adam.
 İki mən boyda bir kişi qoltuğuma girib məni bura gətirdi.
 Xumara Fəxriyə:
-Bunları qeyd elə.
 Firuzə yavaş yavaş arxaya çəkilib, Ülviyənin qulağına nəsə pıçıldadı. Hərə bir tinə çəkildi. Günəş mənə məlum olmayan ərzaqlardan yemək hazırlayıb, iki yerə ayırdı. Birini xanım toplumunun qabağına qoydu . Birini də bizim qabağımıza tullayaraq.- Ala zıkkılmlayın dedi...
 Gün çox ağır keçdi  amma Səlimin hekayəsi bizi bir az ruhlandırmışdı....
Qapının cırıltı ilə açılması, məni yuxudan oyatdı...
Ətraflı »
Dənizdə boğulan ümid

Dənizdə boğulan ümid



Uzun zaman deyildi ki, o, barda çalışmağa getmişdi.
Amma çox insanlarla tanışıb, xeyli və fərqli məkanlar görmüşdü.
Barda işləməyin səbəbi maraqlı olsa da, yazıb sizi yormaq istəmirəm. Bir tək gerçək var idi ki, barda işləyirdi.

Barda özünə bir stol seçmişdi, akvarium stol idi. Parıldayan musiqi işıqları əvvəlcə akvariuma, sonra yanındakı sütun aynaya düşür, ona baş gicəlləndirən həzz verirdi.
Müştəri gəldi ya gəlmədi, özünə içki sifariş edib o masaya əyləşər, musiqilərin ritmi ilə xəyala dalardı. Geyimini mühitə uyğun geyərdi.
Bütün buradakı qızlardan yaşı az olduğuna və həddindən artıq gözəl olduğuna görə fərqlənirdi. Əksər müştərilər onu çağırar, imkanı çatan onu saunaya aparar, imkanı olmayanlar isə ona daha bir içki sifariş edər və söhbət edərdi.
Həmişə qaşqabaqlı olmasına baxmayın, söhbətcil xanım idi.

Bakı.
23 iyul 2013-cü il...

Bu dəfə də bütün gecə içdi. Diqqətlə dönən işıqlara baxırdı.
Büstqaltersiz geyindiyi maykasından bədəni daha cazibədar və mükəmməl görünürdü.
Bir ara üstünə stuldan astığı gödəkçəni atıb, barı tərk etdi. Sanki, nəyisə qovurmuş kimi sahilə tərəf qaçmağa başladı. Tam olaraq nə üçün qaçdığını bilmirdi. Xəyallarında nəyisə qovur və ya nədənsə qaçırdı.

Bəlkə də özündən qaçır, bəlkə ətrafdakı pisliklərdən. Küçədə maşınların sayrışan işıqlarını, Bakı küçələrin həmişəki siqnal səslərini, gecə işləyən mağaza və apteklərin satıcılarını görmədən sahilə sarı qaçırdı.
Gecənin mənzərəsi gözəl görünürdü, amma o heç nəyi görmürdü, heç nə eşitmirdi.
Gecə yarısını haqlamışdı.
Artıq bir-iki saata günəş yenidən dənizi qırmızı rəngə boyayacaq, qağayılar və ya hansısa dəniz quşlarının səsləri götürəcək sahili, melodik bir təbiət yaranacaqdı.
Sahilə çatdı. Havanın küləkli və sərin olmağına baxmayaraq, tər basmışdı onu. Hardansa "Mişel və Randi"nin ifasında
"Only You" mahnısı səslənirdi.

What's that feeling that I get?
My heart is drowning in regret.
Hands are shaking, eyes are full of shame.
Lost myself, but I don't care,
I'm going but I don't know where.
My feet are taking me away from you.

(Nə hissdir keçirirəm?
Ürəyim təəssüflərdə boğulu.
Əllərim titrəyir, gözlərim utanc dolu,
Azmışam, amma vecimə deyil.
Gedirəm, hara getdiyimi bilməsəm də,
Səndən uzaqlara yollanıram)

Sahildəki oturacağa əyləşdi və bu mahnının dərinliyinə vararaq dalğalanan dənizi, uzaqda görünən gəmiləri izləməyə başladı.
Aşiq olmaq istəyirdi. Artıq bir kişini dəqiqələrlə, saatlarla deyil, ömür boyu xoşbəxt etmək istəyirdi.
Növbəti gün yenə kiminsə yanında soyunmaqdan, həzz almadan həzz verməkdən utanc duyurdu.
"O" qərar verməyəmi qaçırdı?
Səhər dan yeri sökülürdü, fondakı musiqi təkrar-təkrar oxuyurdu.
Bir enlikürək, hündürboy, sarısaçlı oğlan yanındakı oturacağa keçib oturdu.
Oğlanın fərqinə varmamışdı.
İxtiyarsız gözlərindən yaş axırdı.
Oğlan bütün diqqətini buna yönəltmiş və məsum baxışlarla, sanki yardım etmək istəyirmiş kimi qızın gözlərinə baxırdı.
Qeyri-ixtiyari buna yaxınlaşıb, cəsarətini toplayıb salam verdi.
O, sanki yuxudan ayılırmış kimi diksindi və oğlanın gözlərinə baxdı.

- Salam, mən Cahid...
- Salam. Zümrüd - deyib əlini uzatdı və dodaqlarını dişlədi.

Peşmanlıq hissi keçirdi.
Çünki, bar işinə keçəndən sonra ilk dəfə idi ki, tanımadığı bir kişiyə öz adı ilə səslənirdi.
Əl sıxışdılar.

- Kömək edə biləcəyim bir durum varmı? Nəsə qəribəlik hiss etdim səhər-səhər. Əyləşə bilərəmmi?

Zümrüd isə gözləri bərəlmiş halda sifətinə baxır.
- Yox, pis heçnə yoxdur, sadəcə hava alıram. Buyurun...

- Zümrüd xanım, hekayənizlə məni tanış etməyəcəksiniz?
Zümrüd aldadıcı bir təbəssümlə:
- Bəlkə başqa zaman.

- Daha da görüşə bilməyim üçün ümid edirəm... (təbəssümlə)
Yorğun gözlərini ovxalayaraq, Zümrüd əlavə edir.
- Mən bu şəhərin sakiniyəm və səhərlər buralarda qaçıram. Təmbəl olmasan və bu vaxtlar buralara çıxa bilsən, əlbəttə, görüşə bilərik.

Durub park boyunca əvvəl yeyin-yeyin irəlilədi, sonra qaçdı, uzaqlaşdıqca balacalaşmağa başladı. Və gözdən itdi.

Cahid sevginin ağuşuna düşmüş, özü də bilmədən aşiq olmuşdu.
Bundan sonra hər səhər durub bu oturacaqda oturar, Zümrüdü gözləyər və bir yerdə qaçardılar.
Zümrüd, bir daha bara getmədi, pulu bitmiş olmasına baxmayaraq, hər gün "İş elanları" qəzetlərində iş axtarır, müxtəlif iş yerlərinə baş çəkir və qane etməyən cavab aldığında kor-peşman kirayələdiyi gecəqonduya qayıdır, yarı-ac, yarı-tox, günlərini keçirdirdi.
Cahid isə atasının şirkətində müdir müavini işləyir, xərclərini ehtiyacına görə xərcləyən, barmaqla sayılası iş adamlarından biri idi.

Cahidlə Zümrüdün növbəti görüşlərindən biri idi. Cahid Zümrüdü daha yaxından tanımaq və eşqini elan etmək istəyirdi.
- Bu gün bir yemək yeyək, bəlkə? Həm də başqa vaxt bəlkə elə bu gündür? Hə, nə deyirsən?
- Vacib bir iş çıxmasa, zəngləşərik...

Zümrüdü gecikdirdiyi ev kirayəsi və geyəcək bir libasın olmaması - qarderobunda olan paltarın da belə bir görüş üçün uyğun olmadığı fikri götürmüşdü.
Özlüyündə danışırdı.
Zəng edəcəm, görüşəcəm və bütün əhvalatımı ona danışacağam.

Qapı döyüldü.
- Kimdir?
Qapıdakı yoğun və bağırtılı səs.
- Aç!
Zümrüd, səsin tempindən ev yiyəsinin olduğunu anladı və qapını açdı.
- Mahir əmi, salam. Bilirəm, gecikdirmişəm, amma mütləq bu gün ya sabah çatdıracam.
Mahir zor tətbiq edirmiş kimi ayaqqabı ilə işlənməkdən didilmiş palazın üstünə keçdi və Zümrüdün çarpayısında oturdu.
- Dərd etmə, bir az oynaşarıq, hesabın bağlanar, ayağa qalxdı və Zümrüdə sarı irəliləməyə başladı.
Zümrüd aldığı cavab qarşısında bir az məəttəl şəkildə ona baxdı və hiddətlə;
- Bu nə sözdür, Mahir əmi?

Mahir əlini Zümrüdün boynuna doladı, gödəkçənin boğazından  Zümrüdün döşlərinə toxundu və qulaq ucunu xəfifcə öpməyə başladı.
Zümrüd Mahiri divara sarı itələyib, özünü bayıra atdı.
İçəridən Mahirin səsi gəlirdi.
- Fahişə, bu gün pulu ödəməsən, gör, sənin başına nə oyun açıram....

Zümrüd ağlayaraq, bulvara tərəf üz tutdu...

*birinci hissənin sonu*
*İkinci hissə

Cahid bu günün təlaşı ilə yır-yığış edmiş, məkanı təyin edib və bu arada, bir briliant qaşlı üzük almağı da unutmamışdı.
Cahidə görə, bu gün onun üçün mükəmməl bir başlanğıc olsa da, Zümrüd olacaqlardan xəbərsiz idi.

Sahildə olan Zümrüdün telefonuna zəng gəldi.
Əvvəlcə açmaq istəməsə də, fikrindən daşındı.
Son anda düyməyə basdı və:
- Alo, Zümü, vacib bir işin çıxmadısa, mesajda yazacağım adresə gəl.
- Alo. Mən, məə-əən, bir az halsızam. Sahildə oturmuşam. Bəlkə başqa gün?
- Yox, qətiyyətlə israr edirəm. Tamam, orada otur çatıram.

Qısa bir zaman kəsiyində Cahid özünü yetişdirmişdi.
Zümrüd Cahidi görən kimi ona sarıldı və hönkür-hönkür, ağlamağa başladı.
Cahid təlaş içində nə olduğunu soruşdu.
Zümrüd məsələni Cahidə danışır və jaketinin ətəyi ilə gözünün yaşını silirdi.
Bu dəfə Zümrüd gündəlik və köhnəlmiş geyimdə, saçı dağınıq halda idi. Bu görən Cahid:
- Sənin bütün məsələni yoluna qoyaram. Amma bir xahiş eləsəm və sən məni qırmasan?!
- Buyur.

Buradan birbaşa gözəllik salonuna, oradan da "Çinici"yə keçirik. Bu gün səni əla bir geyimdə görmək istəyirəm.
Zümrüd etiraz etsə də, Cahid israr edincə, məcburi razılaşmalı oldu.
Zümrüd tələsərək evinə dönmüş, Cahidin verdiyi pulla ev kirayəsini vermiş, çantasını yığıb o evi tərk etmiş və Cahidin ona kirayələdiyi üç otaqlı mənzilə köçmüşdü.
Cahidin məcbur getməli olduğu bir konfrans səbəbi ilə axşamkı görüş ləvğ edilmiş və başqa günə təyin edilmişdi.

Zümrüd gündəliyində belə nəql edir:

- Bu gecədən öncə heç rastlaşmadığım bir möcüzəni görmək üçün yeni tutduğum evi otaq-otaq dolaşmışdım.
İllərdir axtardığım sevgimin bu an mənim yatağımda yatmasını hiss etmək, onu orada görmək istəmişdim.
Bu gecədən əvvəlki bütün mənfi enerjili, hüzursuz və sevgiyə möhtac olduğum günləri unudub, bir yeni səhifə açmaq istəyirdim. Yepyeni bir səhifə. Ağappaq bir vərəq və möhtəşəm bir abzas...
Məhz bu gündən sonra başıma heç bir pis hadisə gəlməyəcək deyirdim. Həqiqətən, dəyişə biləcəyim bir həyatın yeni səhifəsini yaza biləcəyimi çarəsizcə gözləyirdim.

Vanna otağına keçib, aynanın qabağında soyunub, bir az özümə baxdım, sonra duş qəbul edib, geriyə yatağıma döndüm. Yerim əvvəllər yaşadığım bu 17 il boyunca heç belə rahat olmamışdı. Televizoru yandırıb baxmaq istədim, amma səsi beynimə düşdü. Başım cingildəyirdi. Söndürdüm. Yerimdə bir xeyli yırğalandım.
Bir dəli ehtiras hissi bürümüşdü məni. Heç zaman səni sevirəm deməyən bir adamı - Cahidi xəyal edirdim.
Onun bu dəqiqə burda olmasını, yanımda və mənimlə sevişməyini istəyirdim.
Ön sevişmənin uzun olmasını və mənə həyatımın ən mühüm orqazmını yaşatmağını istəyirdim.
Bir uçurumun qıyısında durmuşdum və uçmaq istəyirdim.
Bədənim, bədəninə doğru yaslanmış və bu məni dəhşət həyəcanlandırırdı.

Səhər Zümrüdgilin pəncərəsi qabağında "Əsgər ölümünə son" aksiyasının iştirakçıları: "Əsgərimiz, ölməsin, ordu morqa dönməsin!" şüarı ilə Zümrüdü yuxudan oyatmışdılar.
Zümrüd telefonuna baxmış, on altı cavabsız zəng və dörd mesaj görmüşdü.
Cahid, telefona cavb vermədiyini görəndə Zümrüdgilə gəlir. Qapı açıq olduğuna görə içəri girmişdi.
Zümrüd vanna otağından dəsmala bürünmüş halda çıxanda Cahidlə qarşılaşdı.
Cahid utanaraq başını yana əydi və telefona cavab vermədiyi üçün narahat olduğunu bildirdi, o üzdən gəldiyini söylədi.
Zümrüd yataq otağına keçib, əynini geyindi və çölə çıxdı.

- Sadəcə yatıb qalmışam deyə telefona cavab verə bilməmişəm.
- Onda axşam yeməyə çıxarıq.
- Sənin üçün bir problem yoxdursa, yeməyi özüm hazırlamaq istəyirəm və evdə daha rahat olar deyə düşünürəm.
- Əla! Axşam burdayam.

Cahid işinə, Zümrüd isə marketə getdi. Axşama lazım olan bütün ərzaqları alıb gətirdi .
Şər qarışana yaxın yemək stolunu qaydaya salıb, iki şam yandırdı, yeməyi dizayn edib, ortasına bir qızılgül də yerləşdirdi.
Qaranlıq yenicə çökmüşdü ki, Cahid qapını döydü.
Otağın işığı sönüb, otaqda şam işığı vardı.
Zümrüd mükəmməl bir geyim geymiş, ətirlənmiş, makyajına və saçına da çəki-düzən vermişdi. Cahid bu gözəlliyi görəndə şok olmuşdu.
Musiqini də unutmamışdı, ancaq ikisinin eşidəcəyi tempdə "Elvis Presley"in ifasında "Only You" mahnısı səslənirdi.
Cahid:
- Həmişəki kimi çox mükəmməlsən.
Zümrüd stola işarə edib gülümsəyərək:
- Sayəndə...

Bir az söhbət edəndən sonra Cahid cibindəki brilliant qaşlı üzüyü çıxararaq:
- Sonuna qədər səni xoşbəxt etməyə söz versəm, sonuma qədər mənimlə qalacağına söz verərsən? Mənimlə evlənərsən?
Zümrüd, yalnızca Cahidə süzdüyü viskidən bir qurtum içib, başını buladı və:
- Mən sənə layiq deyiləm. Bu, mənim həyatda ən çox istədiyim şeydir, amma mümkün deyil.

Cahid təəccüblənərək:
- Sən yetər ki, istə. Mən ortadakı bütün əngəlləri qaldıraram.
- Mən səni tanıdığım günə qədər fah...
Cahid sözünü kəsərək:
- Bundan sonra xanım olacaqsan, sadəcə bir xanım və mənim xanımım.
Zümrüd ayağa qalxdı, Cahidin əlindən tutub onu rəqs edirmişlər kimi yavaş-yavaş qucağına sarı gətirdi, dodağından öpməyə başladı.
O, dünən bütün xəyal etdiklərini bu gün həyata keçirdi. Gecəni yata bilməyən gənclər səhər də gec oyanmışdılar.
Zümrüd Cahidlə iş yerinə getməli, uzaqdan da olsa, sahib olduğunu görməli və şəhərdə bəzi işini həll etməli idi.
Cahidin maşınına minib "Park İNN"dəki ofisin önünə çatanda Cahid, atası Famid İsmayılovu Zümrüdə göstərdi.
Orada gördüyün kişi mənim atamdır. Şirkətimizin baş ofisi də bu binadadır.
Zümrüd Famidi görən kimi gözləri də, qulaqları da tutulmuş kimi oldu, artıq heç bir informasiya ala bilmirdi.
Cahidə:
- Mən mühüm bir sənədi evdə unutdum, gedim götürüm, gələrəm.
- Aparım səni?
Zümrüd tələsə-tələsə maşından enib:
- Yox, mən bir taksi ilə gedərəm, sən işindən olma.
Zümrüd evə girib, ağlaya-ağlaya bir qələm, kağız götürdü.

Əzizim Cahid!
Mənim taleyimdə qadın olmaq yox imiş. Mən qadın olmağı çox istəmişdim, amma bəxtimdə fahişə kimi ölmək var imiş. Sən də sənə qədər yola verdiyim adi müştərilərimdən biri oldun mənim üçün. Eynilə atan Famid kimi. Mən adi bir fahişə, sən də sıradan bir müştəri... Əlvida, Ömrüm!
12 Dekabr 2013.
Bütün informasiya agentlikləri yazırdı...

Ailəsindən qaçan gənc qız - Zümrüd Məlikova intihar etdi.

Belə ki, narkoman atasının təzyiqlərinə dözməyən Zümrüd Məlik qızı Məlikova Bakıda - Sahil parkında özünü dənizə ataraq intihar edib. İşlə bağlı polis araşdırma aparır.
Ətraflı »
Bir sonrakı saat

Bir sonrakı saat



Hər axşam tarladan evə gələndə, mal-qaranı yerbəyer edər, qapısının yanında bərkitdiyi əl-üz yuyanda əlini yuyar, içəri daxil olardı. Yorğunluğuna baxmayaraq , Fəridəni yanına çağırar, alnından öpər, yedizdirər və başını sinəsinə qoyaraq, yatızdırardı. Bu adət halına gəlmişdi. Hərəkətləri o qədər eyni idi ki, artıq heç kimlə danışmağına ehtiyyac qalmırdı. Hamı edəcəyi hərəkəti öncədən bilir və geyd-şərtsiz əməl edirdi.
Fəridə 6 övladın 5-cisi idi. Bütün uşaqlar bunun daha çox sevildiyini hiss edir, atalarına qarşı kin belə bəsləyirdilər.
İsmayıl, çox zəhmətkeş adam idi. Gözü açıq olduğu vaxtının əksər vaxtını müxtəlif işlərdə keçirdirdi. O qədər işsevər adam idi ki, hara gedərsə, bir iş tapar. Ya maddi, ya da köməklik məqsədi ilə. Bir dəfəsində, 10 gün ard-arda bir kəndçisi üçün ot biçiminə getmişdi ki, uşaqları üçün azuqə əldə etsin.
İşin sonunda iş sahibi borcunu sormuş, İsmayıl da,
-Pay olsun ; demişdi.
Bunu ciddiyə alan iş sahibi, ona heç nə vermədən yola salmışdı.
Artıq evdə yeməyə heç nə yoxdur. Uşaqlar 24 saat var idi ki, ac idilər.
Bu gün çox soyuq bir yanaşma sərgiləmişdi evdəkilərə.
Əlaxüsusda Fəridəyə. Fəridə uzun zamandan sonra, ilk dəfə idi ki, öz yerində bala pişik kimi qıvrılıb yatmışdı. Gecə səhərə qədər ağacların yarpaqları arasından gizlənpaç oynayırmış kimi ayı seyr edirdi...
Səhərin açılmasına az qala, sol yanından qalxan ağrısı ilə başını balınca sıxdı. İxtiyarsız gözlərindən yaş damcılanırdı.
Ağrı get-gedə ağırlaşırdı. Fəridənin yanına getdi. Əvvəl üstünü örtdü. Sonra onu incitməyəcək yüngüllükdə başını çiyninə qoydu.
Səhər hamı oyanmışdı. Fəridə də.
Amma sinəsinə başını qoymuş atasının qoxusunu içinə çəkməkdən həzz aldığından və atasını oyatmamaq üçün yerindən tərpənmirdi. 12 yaşının olmasına baxmayaraq, sinəsinə dayamış bu ağırlığı rahatca saxlaya bilirdi. Əslində bu sevgisinin gücü idi.
Atasının narahatçılığını nıqqıltılarından anlayırdı.
Saat 10-u keçirdi, İsmayıl gözlərini açdı. Fəridəyə zillədi. İxtiyarsız gözünün yaşı axırdı. Teymura Fəridə ilə Xanbulağa gedib, su gətirməyini söylədi. Xan bulaq , evlərindən bir xeylən uzaqda idi. Teymurla Fəridə suya getdilər.
Qayıtmaqları iki saat çəkdi. Cəmi iki saat sonra döndülər. Evin dörd yanını izdiham örtmüşdü. İçəridən nalə səsi duyulurdu...
Ətraflı »
Sevginin rəsmi- Hekayə

Sevginin rəsmi- Hekayə



Fərid uşaqlıqdan rəssamlıqla məşğul idi.
Ən böyük arzusu , rəsm sərgilərində əsərlərini sərgiləmək idi. Hələ 9 yaşı olanda məktəbdən bir qız dostu da tapmışdı. Xalidə əslində çox gözəl qız idi. Hamı ona heyranlıqla baxar, qəlbini fəth etməyi istəyirdi.
Doğrusu, Xalidə eqoistdə deyildi. Təbiətcə sadə idi. Dərd bölüşməyi sevirdi amma dərdi kiməsə etibar etmirdi. Yəni bir az ürəyinə yatan hərəkət etsən, sənə bütün olub bitənləri, hətta sirrini belə açıb tökərdi.



Xalidə Fəriddən iki parta arxada və yandakı sırada otururdu. Dərsin başlanğıcı və sonunda tək bu iki nəfər yerində tapılırdı. Hamı bunlardan tez gedir, gec gəlirdi. Fəridin Xalidəyə olan hissləri qədər Xalidənində Fəridə qarşı hisləri vardı.
Qəlbinin dərinliklərində. Heç biri bir-birinə yaxınlaşıb nəsə deməyə cəsarət etmirdi. Bu sirli sevgi  dörd il belə səssizcə davam elədi. Artıq orta məktəbin yeddinci sinifində oxuyurdular. Sinif yoldaşları çöldə oynayırdılar. İçəridə pəncərənin önündə Xalidə kitablarnan eşələnirdi.
Qəflətən zərbə ilə pəncərəyə dəyən top qırılmış şüşələri  Xalidəni sifətinə çırpdı.
Həmin gün Fərid məktəbə gəlməmişdi. Xalidəni müəllimlər xəstəxanaya apardılar.
Üzünə uzun bir kəsik izi düşmüşdü. Hələ yatağda olanda bir sıra dostları və sinif yoldaşları Xalidəni görməyə gəlmişdilər. Ziyarətçilər arasında Fərid yox idi.
Bu söhbəti Fəriddə eşitmişdi. Həmişə evlərinin blokuna gələr və ordan geri dönərdi.
Növbəti sezon dərs ilində Xalidə üzündəki iz ilə məktəbə gəlmişdi. Hər kəs ona lağ edib gizlincə gülürdü. Gizli olsada Xalidə əvvəlki gözəlliyinin itirdiyini və buna görə gülünc məxluqa çevrildiyini hiss edir təklikdə için-için ağlayardı.
Bu dəfə  Xalidə ağlamağ üçün məktəbin arxasındakı istixananın qabağına getmişdi. Artıq Fəriddəndə ürəyi soyumuşdu. Lakin Fərid onu izləmiş və həmin yerə gəlmişdi.
Xalidəni gözüyaşlı görəndə ona yaxınlaşmış və;
-Ağlama, baxsana , elə insanlar var ki, sən onlardan milyon dəfə gözəlsən.
Onlar ağlayırmı?
Xalidə bu sözlərin təsəlli olduğuna inanmış amma yenə mənən rahatlamışdı bir az.
Zəng çalınmışdı, hamı sinifdə idi. Tək bu iki nəfər yox idi.
Fəridlə Xalidə ömrünün bir ilini və məktəbin son ilini sevgili kimi yaşadılar.
Məktəbdən ayrılma vaxtı çatmışdı. Son zəng çalındı. Məktəbdən ayrılan Xalidəni atası Rusiyaya, öz yanına götürdü. Fərid bu vaxtlar əsgərlikdə idi.
Rusiyanın estetik klinikasının birində Xalidə üzünə düşən izi əməliyyat etdirmiş və köhnə gözəlliyini əldə etmişdi.

4 il sonra
.
Emin uşaqların üst paltarını düzəldib;
-Xali, sərgiyə gec qalırıq, gəlsənə.
Xalidə tələsə-tələsə sərgi biletini açdı.
İçində Fərid Məmmədovun sərgisi yazılırdı.
Xalidənin mimikası dəyişdi, çox kövrəldi.
Emin:
Nə oldu? Yoxsa xəstəsən?
-Yox, hər şey yaxşıdır. Gedək.
Çöl çox soyuğ idi. Soyuğ hava adamın sifətini kəsirdi.
Eminlə , Xalidə tələsərək maşına əyləşdilər.
Sərgi salonun önünə çatanda , sərginin artıq başlandığını hiss etdilər.
Xalidə içəriyə addım atanda ilk bu rəsimləri gördü.
Pəcərə önündəki görüntüsü və topun pəncərəyə yaxınlaşması, xəstəxanadan çıxdığı, məktəbə gəldiyi kadrlar bir-birinin arxasıycan düzülmüşdü.
Hər bir kadrın üstündə isə dəqiq tarix yazılırdı.
Bu yazıcounterkişi tarafından okundu.
Ətraflı »
Qısa hekayə

Qısa hekayə


Qalib içəri daxil oldu.
Bacımın qolbağını satıram. İstifadə olunmayıb.
Zərgər gülümsəyərək, 
-Niyə?
Pulu çatdırmasam bu gün qol ampultasiya olunacaq dedi.
Ətraflı »