Showing posts with label haqqında. Show all posts
Showing posts with label haqqında. Show all posts
Başımız sağ olsun

Başımız sağ olsun

Xəzərdə baş verən faciəvi partlayış və çox sayda işçi ölümü məni dərindən sarsıtdı.
Azərbaycan əmək bazarındakı bir çox nüanslara diqqətinizi çəkmək istəyirəm.
Azərbaycanda işçilərə insani (humanist) yanaşma sıfırın altındadır. İnsan faktorları önəmsənilmir. İşəgötürənlə işçi arasında bir çox səbəbdən anlaşılmamazlıqlar olur. Bildiyimiz kimi, SOCAR dövlət şirkətidir, istər işçi əməkhaqqları istər müqavilələr yerli yerindədir. Xəzər dənizin dalğalarında həyatını itirən işçilərin günahkarları da rəhbərlikdir. Şirkət rəhbərləri və nəzarətçilər. Hər halda , təbii fəlakət zamanı o neçəsə min manatı qazanmamaqda olardı. İşçiləri işə cəlb etməmək də olardı.

Biz  həmin situatsiyada olmamışıq. Nələr olduğunu bilmirik. Niyə partlayış baş verib? Hansı səbəbdən insanlar ölüb, bilmirəm. Amma hər halda alternativlər həmişə mümkündür. İş qəzası zamanı belə hallar hər yerdə mövcuddur. Çox uzaq tarixlərə getməyə gərək yoxdur. Bu ilin ikinci rübündə bir neçə belə xəbərlər eşitmişdik. Bir neçə ölkələrdə istər mədən, istər neft daşlarında belə hadisələr baş vermişdi. Bu halların önünü kəsmək üçün alternativ yollar axtarılmalı və tapılmalıdır
Məqsəd insan ölümlərinin qabağını almaq deyil. Bu ölkədə hər gün insanlar ölür. Bu faciədə həlak olanlardan daha çoxu avtomobil qəzalarında ölənlər var hər gün. Ölüm mütləqdir. Ölümün kiminsə cibinin qalınlaşmasına xidmədəykən gəldiyi faciəvidir. Faciə ölüm deyil, faciə ölüm səbəbidir.

Bu hadisədə həyatını itirənlərin ailələrinə və həmçinin də özümə səbir diləyirəm. Bu şərəfli ölümdür. Bu ölümdə bizim də payımıız var. O ölənlər, bizimdə ailəmizin üzvləridir.
Tək sevindirici hal , bizim insanların suyuqqanlı olmamalarıdır. Baxın, buna görə də Azərbaycanlı olduğum üçün fəxr edirəm.

Başımız sağ OLSUN!


(DİQQƏT! Buraxdığım səhvlərə görə üzr istəyirəm. Hadisənin şokundayam)


Ətraflı »