Haqqında

Seyfullayev Elməddin Rahib oğlu. 27 Fevral 1987-ci ildə Astara Rayonun Hamoşam kəndində anadan olub. İlk təhsilini Hamoşam kənd Rəhman Babayev adına orta məktəbdə alıb. Müxtəlif yaş mərhələlərində rayonun digər kəndlərində fəaliyyət göstərən mədrəsələrdə dini təhsil alıb. Sonralar maddi vəziyyətin pisləşməsi səbəbindən hər iki təhsilini yarımçıq buraxmış, Bakı şəhərinə köçmüşdür. Cızma-qaraları rayon qəzetlərində və rayonda fəaliyyət göstərən "Alov" jurnalında yayımlanmışdı. Ömrünün böhran illərində yaradıcılığından uzaqlaşsa da, sonralar "Azərbaycan Ordusu" qəzetində və daha sonralar "Ədəbiyyat" qəzetlərində bir sıra səpkilərdə yazıları dərc olunmuşdur.Həftəlik çıxan "Ziyalı" qəzetində Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edən Tarixi etnoqrafik silsilə yazıları dərc olunmuşdur. 2006-2010-cu illərdə yaradıcılıqdan uzaqlaşmış olsa da, yenidən esselər, köşə yazıları, maarifləndirici məqalələri, satirik və dramatik janrlarda olan nəzm əsərləri və bir sıra hekayələri internet-onlayn mediada yayımlanmaqdadır. Ailəlidir. Bir qızı və bir oğlu var.

Aysel Abdullazadə