Məzlum yoldaşın ardından- Nəcməddin YALÇINQAYA



Malatyadan İzmirə gəlmişdi yoldaş Məzlum. Yetmişinci illərin ortaları idi. Məzlum, atletik bədən quruluşuna malik idi. Saçları qap-qara və gözlərində qərarlılık və sevgi sezilirdi həmişə. Qısa vaxt kəsiyində hər kəsin sevgisini qazanmış və məhəllənin çilingər İbosu olmuşdu. Zarfatçıldı, parodiya istedadı çox idi. Çox sevdiyi dostlarını belə parodiya edər, dərnəkdəki hər kəsi güldürürdü.
İşgüzar adam idi. Ona ayrılan işi layigincə yerinə yetirərdi.
"Nəzəriyyədən başım çıxmır, mən praktika adamıyam"- deyərdi. Əsəbləşəndə üzü parlayardı. Amma əsəbi tez soyuyardı.
Dərnəyə bir gün basqın oldu. Polislər Məzlumu tutdu. Sorğudan sonra həbs etdilər.
Məhbusluğunu Buca həbsxanasında yatdı. Çıxdıqdan sonra bir neçə yoldaşlarla Məriçdən Yunanıstana keçmiş, ordanda Lavrion Düşərgəsində məskunlaşmışdı.
Lavriondakı əmi oğlum anlatır. Bir gün böyük bir problem üstündə fikir mübadiləsi aparırdıq.
Sur divarın dibində dəniz çox dərin idi. Aramızda "Atılaq" deyən oldu amma kimsə cəsarət etmədi. Sonra aramızdan biri "Partizançı biri olsaydı mütləq atlanardı" dedi. Birdən İbo ayağa qalxıb, paltarlarını soyunmağa başladı. Üstündə tək tumanı qalmışdı. Bizim təəccüblü baxışlarımız arasına özünü aşağı atdı. Suya batıb üzə çıxırdı.Çığlık atdığımızı eşidən bir balıqçı gəmisi onu boğulmaqdan son andaa qurtardı. Surdan enib, təlaşla qarışıq bir qorxuyla yanın qaçdıq. Bizi görüncə güldü.
Sən üzməyi bacarmadan nə ucuz qəhrəmnlıq edib suya atlanırsan? -dedi, dostlardan biri.
İbo dik-dik üzümüzə baxdı.
"Dostum" dedi. Mən partizanlara xələl gəlməyi qəbul edə bilmərəm!.
2003-cü ilin sonlarında Almaniyaya, ordanda qatarla İsveçrə sərhədinə keçdim. İbo və əmioğlum gəlib aldılar məni.
30 il sonra ilk dəfə idi görürdüm onu. Saçları seyrəlmiş, göbəyi çıxmışdı. Amma gözlərindəki nur hələ parlayırdı. Öncə bir dönər sifariş etdi mənə. Qarnını duyur, yoldaş ; -dedi. "Olar ki, tutulub eliyərsən, ac qalma". Sərhəddən tox qarınla keçdim. Məzlum həmişə yaxşı bir dost, yaxşı bir yoldaş oldu. Gecələrdə, fəaliyyətlərdə, yerişlərdə həmişə çiyin çiyinə olduq. Görüşə bilmədiyimiz vaxtlarda telefonlaşardıq. Anam onu çox sevərdi. O da anamı. Tez-tez anamı axtarar, zəngləşərdi. Hətta anam məni Məzluma əmanət etmişdi. Mənim oğlum oralara nabələddir, gözün üzərində olsun; - demişdi.
Şübhəsiz ki, oğlu Uyqarı çox sevərdi, amma qızı Cereni yanından ayırmazdı. Hərçənd, quvsa da Ceren getməzdi. Həmişə arxasında olardı.
Ənənəvi ATİK yaz düşərgəsi üçün getdiyi, Yunanıstanda 5 Avqustda keçirtdiyi avtomobil qəzasında ağır yaralandı yoldaş Məzlum. Bu qəzada Cereni uluzlara qovuşdurduq. Onun xəbəri yox idi. Komanda idi, hər zamankı kimi həyatla dirənirdi. Bu dirənç və inadı ilə həyata tutundu. Komadan çıxdı. Danışa bilmirdi amma gözləri ilə yoldaşları ilə salamlaşır və həyata "Xoş gəldim" deyirdi.
4 ay dirəndi... və sonda 12 Dekabrda həyatla və dostları ilə vidalaşdı... Bəlkə də Cerenin yoxluğunu hiss etdi, onu tək buraxmamaq naminə getdi. Onun üçün tərk etdi həyatı...



Türkcədən Çevirdi: Elməddin RAHİBOĞLU



Buradan Paylaşın

Müəllif

Əvvəlki yazı
Sonrakı Yazı